Yuxarı

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

19:45

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə geniş tərkibdə görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Xanım Baş nazir, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu. İndi danışıqlarımızı geniş tərkibdə davam etdirəcəyik. Əvvəlcə bizimlə bir yerdə olduğunuz üçün Sizə bir daha təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz.

İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni çıxış edərək dedi:

- Çox sağ olun, hörmətli Prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi doğurur. Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, - əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət.

İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar bir hadisə idi. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.

Tarix
2026.05.04 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla