Yuxarı

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Bu, Azərbaycan liderinin Ermənistanda keçirilən tədbirdə onlayn formatda olsa da, ilk iştirakı baxımından tarixi məqam hesab oluna bilər.

Əliyev çıxışında Azərbaycan-Ermənistan sülh razılaşmaları, bu istiqamətdə atılan praktiki addımları diqqət çatdırdı. Və Avropa Parlamenti və AŞPA-nın sülh prosesinə maneələr yaradan qərarlar qəbul etdiyini, bunun üç səbəbdən qaynaqlandığını vurğuladı:

- Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib;

- Qarabağda separatçılığa son qoyub;

- Müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib.

Əliyev bunu Avropa təsisatlarının sülhə qarşı mövqeyi kontekstində dilə gətirsə də, əsas məqam ermənilər üçün tabu olan bu məsələlərin İrəvanda keçirilən tədbirdə məhz Azərbaycan lideri tərəfindən səslənməsi idi. Bu, “erməni planları”nın məhv edildiyi reallığının bu dəfə İrəvanda elan edilməsi baxımından da tarixi məqamdır.

Əliyevin çıxışında sülhlə bağlı dedikləri, “prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir” sözləri seçki kampaniyasında Paşinyana üstünlük qazandırır. Çünki opponentləri Ermənistan hakimiyyətinin sülh gündəliyinə Azərbaycanın adekvat münasibət sərgiləmədiyi iddiasından çıxış edir. Azərbaycan liderinin İrəvandakı tədbirdə “sülhə sadiqik” bəyanatı isə Ermənistan hakimiyyəti üçün seçki mübarizəsində ciddi istinad nöqtələrindən biri olacaq.

Tarix
2026.05.05 / 11:52
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla