Yuxarı

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Azərbaycanın ictimai nəqliyyatında NFC ödənişləri zamanı vəsaitin bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutulması "Visa" və "Mastercard" beynəlxalq kart təşkilatlarının işi ilə bağlı deyil.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Nəqliyyat ödənişləri ilə bağlı əksər ölkələrdə təcrübə belədir ki, terminal ödəniş qəbul edəndə, oflayn rejimdə çalışır, həmin anda kart hesabında pul olub-olmadığını yoxlaya bilmir, amma sizin nəqliyyatdan istifadə etməyinizə imkan verir, özündə borcla bağlı qeydiyyat aparır. Bir neçə saatdan, hətta bir gündən sonra hesabda pul varsa, o silinir. ​Biz indi banklarla bu prosesi təkmilləşdirmək barərə danışırıq. Sinxronlaşma problemləri varsa, həll olunacaq. Amma hesab edirəm ki, "Visa" və "Mastercard"ın sistemlərini tənzimləmək lazımdır. Çünki bu məsələ əhali arasında anlaşılmazlıq yaradır", - deyə o qeyd edib.

Tarix
2026.05.06 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla