Yuxarı

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Vladimir Zelenski ilə İrəvandakı görüşünü “iki beyinsiz rusofob” ifadəsiylə şərh edib. Medvedyevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub. Medvedyev hər iki liderin ingilis dili səviyyəsini də məzxərəyə qoyub. Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ-yə aid dövlətlərin liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Vladimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?” - politoloq əlavə edib.

Qeyd edək ki, Vladimir Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün 4 mayda İrəvana səfər etmişdi.

Tarix
2026.05.06 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla