Yuxarı

DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.

Axar.az xəbər verir ki, DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salmış, bu mühüm təsisatın milliləşdirilməsi və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.

Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını vurğulayan Xidmət rəisi dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayıb.

General-polkovnik Əli Nağıyev bundan sonra da dövlətçiliyimizin qorunması və milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.

Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə başa çatıb.

Tarix
2026.05.09 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla