Yuxarı

Bu, bizim ortaq yol xəritəmiz olaraq qalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, bizim ortaq yol xəritəmiz olaraq qalır

Yeni Şəhər Gündəliyi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün beynəlxalq ictimaiyyətin ortaq yol xəritəsi olaraq qalır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Annalena Berbok videomüraciətində bildirib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin prinsipləri qəbul edildiyi 10 il əvvəl olduğu kimi bu gün də aktuallığını qoruyur.

“Yeni Şəhər Gündəliyi bizim ortaq yol xəritəmiz olaraq qalır”, – Annalena Berbok qeyd edib.

O vurğulayıb ki, sənədin əsas məqsədi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin inkişafını təşviq etməkdir.

BMT Baş Assambleyasının Prezidentinə görə, 2026-cı ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsinə həsr olunmuş iki günlük yüksək səviyyəli iclas keçirəcək.

Annalena Berbok əlavə edib ki, həmin toplantı siyasi öhdəliklərin yenilənməsi və sənədin icrasının sürətləndirilməsi üçün mühüm imkan yaradacaq.

Tarix
2026.05.18 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla