Yuxarı

Üztanıma ilə ödəniş necə işləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üztanıma ilə ödəniş necə işləyir?

Bakı Dəmiryol Vağzalında tətbiqinə başlanılan biometrik ödəniş sistemi (Face Pay) sərnişinin turniket qarşısında dayandığı an quraşdırılmış 3D və infraqırmızı kameralar vasitəsilə onun üzünün antropometrik göstəricilərini təyin edərək işləyir. Bu görüntünü adi fotoşəkil kimi deyil, unikal bir riyazi koda çevirən sistem saniyənin mində biri qədər müddətdə həmin kodu verilənlər bazasındakı məlumatlarla müqayisə edir, şəxsiyyəti təsdiqləyir və gediş haqqını qeydiyyatda olan hesabdan avtomatik silir.

Vətəndaşların bu proses zamanı emal edilən biometrik məlumatları dövlətin rəsmi məlumat mərkəzlərində və ya bank daxilində tam qorunan, beynəlxalq təhlükəsizlik sertifikatlarına malik xüsusi serverlərdə şifrələnmiş şəkildə saxlanılır. Ən mühüm təhlükəsizlik mexanizmi ondan ibarətdir ki, sistemdə istifadəçilərin real fotoşəkilləri deyil, sadəcə həşlənmiş rəqəmsal kodlar saxlanıldığı üçün kiberdələduzlar verilənlər bazasını ələ keçirsələr belə, həmin məlumatları yenidən insan üzünə çevirmək texniki olaraq mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov ADY-də sınağına başlanılan üztanıma (Face Pay) texnologiyasının iş prinsipi və təhlükəsizlik mexanizmlərindən danışarkən deyib.

Ekspert bildirib ki, insanların üz strukturu tamamilə unikal olduğundan, başqa şəxsin səhvən sizin hesabınızdan ödəniş etməsi riski olduqca aşağıdır:

“Lakin sistemlərin köhnə versiyalarında foto və ya video ilə aldadılma – yəni spoofing riski yarana bilər. Müasir sistemlərdə isə bunun qarşısı canlılıq testləri ilə alınır. Digər texniki risklər sırasında kəskin işıqlandırma fərqləri, maska və ya eynək istifadəsi zamanı yaranan qısamüddətli gecikmələr, həmçinin internet infrastrukturunda mümkün kəsintilər yer alır.

Bank kartı ilə biometrik məlumatın əlaqələndirilməsi istifadəçinin mobil tətbiq üzərindən üzünü skan etməsi və həmin profili aktiv bank kartına bağlaması ilə həyata keçirilir. Bu prosesdə tokenizasiya texnologiyasından istifadə olunur. Yəni real kart nömrəsi heç bir turniketə və ya kənar sistemə ötürülmür, sadəcə kartı təmsil edən təhlükəsiz rəqəmsal nişan biometrik kodla əlaqələndirilir”.

İT mütəxəssisi hesab edir ki, bu texnologiya yaxın illərdə metro, supermarket və digər kütləvi xidmət sahələrində daha geniş tətbiq ediləcək:

“Dünyanın bir çox meqapolisində artıq illərdir istifadə olunan bu sistem nağdsız və kartsız ödənişləri sürətləndirərək növbələri minimuma endirmək gücünə malikdir. Hazırda ən təhlükəsiz ödəniş üsulu isə biometrik təsdiq tələb edən və kart məlumatlarını tokenlərlə qoruyan NFC əsaslı “Apple Pay” və “Google Pay” sistemləri hesab olunur”.

Tarix
2026.05.18 / 14:10
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Video

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident

Zülfüqarovun erməniyə cavabı: Sərhəd hansı xəritə ilə...

Bu, bizim ortaq yol xəritəmiz olaraq qalır

Torpağın əsl sahibləri məhz belə davranırlar!

Liderlər olaraq bunun üçün cəsarətli olmalıyıq - Prezident

Prezident: Şəhərsalma elə bir məsələdir ki...

Biz qədim tariximizlə qürur duyuruq - İlham Əliyev

Bu göstərir ki, bizim ulu babalarımızın istedadı olub

Ölkəmizə ilk dəfə səfər edən qonaqlar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla