Yuxarı

Gürcüstan məcburi köçkünlər üçün yaşayış məntəqələri salır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan məcburi köçkünlər üçün yaşayış məntəqələri salır

Gürcüstan hökuməti işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salmağa və ailələri mənzillə təmin etməyə davam edir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan uzun illərdir müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində məcburi köçkünlərə mənzil və sosial dəstək göstərir:

“Yeni yaşayış məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər verməyə davam edirik”.

Baş nazir bildirib ki, hökumətin mənzil siyasəti gənc ailələri, ekoloji miqrantları və dağlıq ərazilərdə yaşayan sakinləri də əhatə edir.

Onun sözlərinə görə, hədəflənmiş dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığının artırılması və ölkənin bütün regionlarında inkişaf üçün bərabər imkanların yaradılması nəzərdə tutulur.

İ.Kobaxidze əlavə edib ki, kənd və şəhər arasındakı fərqin azaldılması Gürcüstanın davamlı inkişaf siyasətinin əsas prioritetlərindən biridir.

Tarix
2026.05.18 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla