Yuxarı

Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var

Növbəti 20 il ərzində Gürcüstana sosial tariflə qaz veriləcək, əlbəttə, bunun üçün Azərbaycan tərəfinə xüsusi minnətdarlığımızı bildirməliyik.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə deyib.

Hökumət başçısının sözlərinə görə, Azərbaycana son səfəri zamanı bir neçə sahədə mühüm sazişlər imzalanıb:

“Birinci istiqamət Azərbaycandan qaz idxalı və tranziti ilə bağlıdır. Sosial qaz müqaviləsinin uzadılması xüsusi əhəmiyyət kəsb edirdi. Bu müqavilə 20 il müddətinə bağlanmışdı, ilin sonuna qədər müddəti bitməli idi. Bu müqavilənin 20 il müddətinə uzadılması ölkəmiz, xalqımız üçün xüsusilə vacib idi. Qaz Gürcüstana növbəti 20 il ərzində sosial tariflə, sosial qiymətlə veriləcək. Əlbəttə, buna görə Azərbaycan tərəfinə xüsusi minnətdarlığımızı bildirməliyik”.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan elektrik enerjisinin idxalı və tranziti baxımından çox yaxşı nəticələrə malikdir.

Hökumət başçısı müqavilənin təfərrüatlarını açıqlamayaraq, bunun kommersiya sirri olduğunu qeyd edib:

“Əgər bu, kommersiya sirri olmasaydı, bu müqavilənin ölkəmizə, cəmiyyətə gətirdiyi böyük faydalar ictimaiyyət üçün daha aydın olardı. Elektrik enerjisi sektorunda da çox yaxşı nəticələrimiz var, bu da ölkə və cəmiyyət üçün çox faydalıdır.

Bakı-Tiflis-Supsa boru kəmərinin istismarına gəlincə, son 3 ildə bu boru kəməri tamamilə dayanıb, işləmir. Müvafiq olaraq, ölkə potensial gəlirlərini itirir. Aylarla davam edən danışıqlar nəticəsində Azərbaycan tərəfi ilə razılığa gəldik ki, boru kəmərinin istismarı bərpa olunsun. Ölkəmiz bununla hər il on milyonlarla lari gəlir əldə edəcək. Bunlar çox yaxşı şərtlərdir, Azərbaycan tərəfi ilə razılaşmışıq. Burada da kommersiya sirri var”.

Tarix
2026.05.19 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla