Yuxarı

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Mayın 18-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin və dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirilib.

Axar.az xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları üzrə Sessiya Azərbaycanın təşəbbüsü ilə təşkil olunub. Bu təşəbbüs dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin siyasi əhəmiyyətinin artırılması baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirib.

Tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Esvatini Krallığının Kralı III Msvati, Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa, Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif, Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Kamboca Krallığının Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniya Respublikasının Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Respublikasının Baş nazirinin müavini Aleksey Kuleba, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov iştirak ediblər.Sessiyanın moderatoru Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev olub. İclasın açılışında çıxış edən Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun yalnız mühüm beynəlxalq konfrans deyil, həm də qlobal şəhər siyasətinin təşviqi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə verən əsas platforma olduğunu vurğulayıb.

Qeyd olunub ki, WUF13 iqlim dəyişikliyi, urbanizasiya və infrastruktur dayanıqlılığı ilə bağlı qlobal çağırışların artdığı bir dövrdə keçirilir. Liderlərin Bəyanatları üzrə Sessiyanın təşkili Forumun siyasi əhəmiyyətini daha da artırıb.

Çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı inkişaf və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd ediblər.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ölkə rəhbərliyinə WUF13-ün yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması və dayanıqlı inkişaf üzrə qlobal gündəliyin formalaşmasında fəal rolunun göstəricisidir.

Çıxışlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə xüsusi diqqət yetirilib. İştirakçılar qısa müddətdə həyata keçirilən müasir şəhərsalma, dayanıqlı infrastruktur, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarını yüksək qiymətləndirərək, bunu post-münaqişə dövründə innovativ və kompleks inkişaf modeli kimi dəyərləndiriblər.

Liderlər həmçinin daha inklüziv, dayanıqlı və yaşanılabilən şəhərlərin formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və innovativ həllərin birgə təşviqinin vacibliyini vurğulayıblar.

WUF13 çərçivəsində Liderlərin Bəyanatları üzrə Sessiyanın keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyə mühüm töhfəsi olmaqla yanaşı, ölkənin strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq imkanlarını bir daha nümayiş etdirib.

Tarix
2026.05.19 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var - Kobaxidze

Azərbaycan vətəndaşları bu ölkədən deport edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla