Yuxarı

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Qazaxıstan beynəlxalq daşımaların inkişafı və daşıyıcılar üçün prosedurların sadələşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron icazə blanklarının mübadiləsi mexanizmini tətbiq edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

"Elektron formata keçid kağız blanklardan imtina etməyə, inzibati maneələri minimuma endirməyə imkan verəcək. Hazırda icazələrin rəsmiləşdirilməsi və istifadəsi tərəflərin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəqəmsal formada həyata keçirilir", - Nəqliyyat Nazirliyi qeyd edir.

Bu xidmətin alınması "Nəqliyyat" bölməsində elicense.kz vasitəsilə mümkündür. Elektron icazə almaq üçün nəqliyyat vasitəsi Qazaxıstanda qeydiyyatdan keçməli və beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün buraxılışa malik olmalıdır.

"Daha əvvəl Çin və Özbəkistanın xarici icazə blanklarının rəqəmsallaşdırılması üzrə mühüm işlər görülüb. Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron mübadiləyə başlanması sahənin tam rəqəmsal transformasiyası yolunda vacib mərhələdir", - qurumun məlumatında bildirilib.

Bundan əlavə, elektron formata keçidlə əlaqədar olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi daşıyıcıları icazə blanklarının üçüncü şəxslər vasitəsilə əldə edilməsinin yolverilməzliyi barədə xəbərdar edir və icazələri müəyyən edilmiş qaydalara ciddi riayət etməklə yalnız rəsmi dövlət xidmətləri vasitəsilə almağa çağırır.

"Verilmiş elektron icazələr barədə bütün məlumatlar, o cümlədən daşıyıcı və nəqliyyat vasitəsinin məlumatları (dövlət qeydiyyat nömrəsi), avtomatik rejimdə Azərbaycan, Türkiyə və Qırğızıstanın informasiya sistemlərinə ötürülür. Beləliklə, qaydalara zidd şəkildə rəsmiləşdirilmiş (o cümlədən üçüncü şəxslərdən əldə edilmiş) icazədən istifadə edildikdə məlumatların uyğunsuzluğu aşkar olunur. Bu isə adıçəkilən dövlətlərin ərazisinə girişdən imtinaya, eləcə də digər məsuliyyət tədbirlərinə səbəb ola bilər", - məlumatda vurğulanıb.

Tarix
2026.05.20 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla