Yuxarı

Bolqarıstan prezidenti Sumqayıtda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstan prezidenti Sumqayıtda

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkını ziyarət edib.

Bu barədə Axar.az-a İZİA-dan məlumat verilib.

Qeyd olunub ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov və agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara sənaye zonalarında rezidentlər üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan məhsullar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi, gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı, məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə çatdırılıb.

Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan "Caspian Lubricants" MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.

Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat verilib.

Tarix
2026.05.20 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla