Yuxarı

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiyalar barədə açıqlama verilib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev danışıb.

O bildirib ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsində həlak olanların ailələrinə və xəsarət alanlara ödəniləcək kompensasiyalar nəzarətdə saxlanılır:

“Biz bu prosesi izləyirik. Bütün ödənişlər Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına həyata keçiriləcək. Sağ qalan, lakin xəsarət alan istənilən dövlətin vətəndaşları üçün heç bir ayrı-seçkiliyin olmaması məqsədilə əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Aviaqəza nəticəsində 38 nəfər həyatını itirib.

İlkin istintaq materiallarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Tarix
2026.05.21 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla