Yuxarı

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Sabirabad rayonunda gənc qəfil vəfat edib.

Axar.az xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Dəyanət Şıxəliyev qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü bildirilir.

Qeyd edək ki, mərhum 2014-cü ildə böyük qəhrəmanlığı ilə yadda qalmışdı. Belə ki, 2014-cü ildə Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən, yeni istifadəyə verilmiş körpüdən 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabadın 5 saylı məktəbində müəllim işləyən Əhliman Hüseynov ona məxsus VAZ-2107 markalı maşınla Kür çayına düşmüşdü. Maşındakı qonşusunun qızı, 9 yaşlı Güldəstə Hüseynovanı xilas edərək, özü suda batmışdı.

Hadisə şahidlərinin sözlərinə görə, Əhliman yaxşı üzə bilsə də, Güldəstəni maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. Əhliman qışqırmağa başlayıb ki, kömək edin, daha taqətim tükənir. Bunu eşidənlər maşınlarını saxlayaraq Kür aşağı sahillə ona tərəf qaçmağa başlayıblar. Qaçanlar arasında Türkədi kənd sakiniDəyanət Maqsud oğlu Şıxəliyev də olub. Dəyanət qızcığazı xilas edən Əhlimanın bərabərinə çatdıqda heç kimə qulaq asmadan suya atılıb və onlara tərəf üzməyə başlayıb. Əhliman qızı Dəyanət onlara 2-3 metr qalmış ona tərəf itələyərək batıb. Dəyanət isə uşağı tutub sahilə doğru üzməyə başlayıb. Ancaq onun da taqəti tükənməyə başlayanda ona tərəf kəndir atıblar. Beşinci cəhddə Dəyanət kəndiri tuta bilib və özü də, qız da xilas olub.

Tarix
2026.05.22 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla