Yuxarı

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Xəbər verdiyimiz kimi, İran hökuməti Azərbaycan–İran sərhədindən avtomobil idxalının genişləndirilməsi barədə qərar qəbul edib. Məlumata görə, bu addım ölkədə avtomobil idxalına qoyulan bəzi şərti məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə artan tələbat fonunda atılıb.

Məsələnin mahiyyəti nədir? Gürcüstanla qatar nəqliyyatının bərpasından sonra Rusiya və İranla da sərhədlərin müəyyən qədər açılacağı gözlənilirmi?

Axar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında Azərbaycanın quru sərhədlərinin tədricən açılacağını bildirib.

“Bunun başqa yolu yoxdur. Çünki Azərbaycan beynəlxalq münasibətlərin tərkibində olan bir ölkədir. Qərarları və hansı addımların atılacağını da özü müəyyən edir. Bu il ərzində İran və Rusiya ilə quru sərhədlərin açılması məsələsi də öz həllini tapa bilər. Sözügedən prosesin mərhələli şəkildə həyata keçiriləcəyi gözlənilir”, - o deyib.

İqtisadçı qeyd edib ki, artıq bu istiqamətdə ilkin addımlar atılır:

“Gürcüstanla dəmir yolu fəaliyyətə başlayır, bir müddətdən sonra quru yollar da açıla bilər. Bu ilin sonuna qədər Gürcüstanla quru sərhədlərin tam açılması mümkündür. Burada müəyyən qaydaların tətbiqi də istisna deyil. Məsələn, say məhdudiyyətləri, nəzarət sistemlərinin yaradılması və sair. Hər bir halda quru sərhədlərin açılması ölkəmizin imici, turizm və iqtisadiyyat üçün çox vacibdir”.

Tarix
2026.05.22 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla