Yuxarı

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qadınlarla bağlı maraqlı təkliflər

2030-cu il üçün hazırlanan proqramda qadınların imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini Əminə Məhəmməd (Amina Mohammed) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, qadınların layiqli həyat şəraiti təmin edilməli, xüsusilə uyğun yaşayış mühitləri yaradılmalıdır:

“Qadınların maliyyə resurslarına çıxışı asanlaşdırılmalı, kredit imkanlarından istifadə etmələri üçün şərait yaxşılaşdırılmalıdır. İlk növbədə qadın hüquqları tam təmin edilməli və bu sahədə mövcud məlumat boşluğu aradan qaldırılmalıdır”.

Ə.Məhəmməd qeyd edib ki, qadınların və onların ailələrinin daha yaxşı yaşaması üçün rəhbərlik və rəsmi qurumlar birgə fəaliyyət göstərməli, proqramların hazırlanması və icrası koordinasiyalı şəkildə həyata keçirilməlidir:

“Bir çox yerlərdə böhranlı vəziyyətlər yaşanır və bu, nəzərə alınmalıdır. Böhranlardan sonra cəmiyyətin yenidən uyğunlaşması və sosial sabitliyin bərpası üçün sistemli yanaşma tətbiq edilməlidir”.

Tarix
2026.05.22 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla