Yuxarı

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən seçiləcəyi halda Qərbi azərbaycanlıların bu ölkəyə qayıdışının təmin olunacağı ilə bağlı iddiaları təkzib edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir bunu jurnalistlərə açıqlamasında deyib.

Paşinyan “Güclü Ermənistan” alyansının rəhbəri Samvel Karapetyanın mövzu ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib:

“Ermənistan hakimiyyəti belə bir öhdəlik götürməyib və bu iddialar yalandır”.

Baş nazirə “Hakimiyyətiniz dövründə Ermənistanda azərbaycanlıların məskunlaşdırılmayacağına zəmanət verirsinizmi” sualı da ünvanlanıb.

Paşinyan cavabında bildirib:

“Bəli, zəmanət verirəm. Qarabağ məsələsi bağlanıb və artıq davam etməyəcək. Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə, Yevlaxa və digər yerlərə dönüş məsələsi gündəmdə olmayacaq. Bu məsələ münaqişə mövzusudur, sülh deyil. Bu qədər aydındır”.

Qeyd edək ki, bundan əvvəl “Güclü Ermənistan” blokunun üzvləri hazırkı hökumətin azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı öhdəlik götürdüyünü iddia etmişdi.

Tarix
2026.05.22 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

İlham Əliyev bu tədbirdə iştirak edir - Canlı

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla