Yuxarı

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda WUF13-ün bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

Onun sözlərinə görə, forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır.

Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.

UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icrasının yarı mərhələsində Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, daha geniş miqyaslı nəticələr və insanların həyatında ölçülə bilən dəyişikliklərlə xarakterizə olunmalıdır.

O, bunun üçün mənzilin yenidən dövlət məsuliyyəti kimi qəbul edilməsinin, şəhər və icmaların gücləndirilməsinin, məcburi köçürmələrin dayandırılmasının, mənzil maliyyələşməsinin transformasiyasının və qərarların etibarlı məlumatlara əsaslanmasının vacibliyini vurğulayıb.

Rossbax əlavə edib ki, iyulda keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu və Yeni Şəhər Gündəliyinin icmal prosesində mənzil məsələsi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirən əsas amillərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

UN-Habitat rəhbəri forum iştirakçılarını Bakıdan verilən çağırışları öz ölkələrinə və şəhərlərinə daşımağa səsləyib.

“Dünya Bakıdan verilən bu çağırışı eşitməlidir”, – Rossbax vurğulayıb.

O qeyd edib ki, WUF13 çərçivəsində toplanan bilik, təcrübə, yaradıcı ideyalar və həllər gələcək şəhərlərin formalaşdırılmasına töhfə verməlidir.

Rossbax forumun təşkilinə verdiyi töhfəyə görə Azərbaycan hökumətinə və tərəfdaş qurumlara təşəkkür edib.

Tarix
2026.05.22 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla