Yuxarı

Azərbaycan Pakistana başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.

Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç cür bəraət qazandırıla bilməz", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində 24 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Tarix
2026.05.24 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla