Yuxarı

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Ötən gün Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə partiya sədrinin müavini, millət vəkili Tənzilə Rüstəmxanlı da iştirak edib.

Müzakirələr zamanı ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi, siyasi partiyaların bu prosesdəki rolu, sağlam siyasi münasibətlərin formalaşdırılması, milli maraqların qorunması naminə əməkdaşlığın gücləndirilməsi kimi məsələlər geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, milli həmrəyliyin möhkəmləndirilməsi, demokratik ənənələrin inkişafı və ölkə həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində ziyalıların rolunun önəmi vurğulanıb.

Sabir Rüstəmxanlı çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən siyasi partiyaların fəaliyyətinə göstərilən diqqətin əhəmiyyətini xüsusi qeyd edib.

VHP sədri rəhbərlik etdiyi partiyanın həyata keçirdiyi layihələrdə dövlət dəstəyini hər zaman hiss etdiyini bildirib və buna görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib.

Sabir Rüstəmxanlı həmçinin Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yüksək qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, bu addım ölkədə mədəniyyətə, ədəbiyyata və incəsənətə verilən diqqətin bariz nümunəsidir.

Tarix
2026.05.26 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla