Yuxarı

Çindəki proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindəki proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir?

Çində tam avtomatlaşdırılmış və demək olar ki, insan müdaxiləsi olmadan işləyən “ağıllı limanlar” sürətlə inkişaf edir. Ən məşhur nümunələrdən biri Qingdao Port limanıdır. Belə ki, burada konteynerlərin daşınmasını sürücüsüz robot maşınları həyata keçirir. Nəhəng kranlar uzaqdan idarə olunur və ya süni intellekt sistemi ilə işləyir. Gəmilərin yüklənməsi və boşaldılması proseslərinin böyük hissəsi də avtomatik həyata keçirilir.

Bundan başqa, tekstil sənayesində də artıq insan iştirakı minimuma endirilən “ağıllı anbarlar” yaradılır. Belə anbarlarda əsas işi robotlar və süni intellekt görür.

Bütün dünyada insansız idarəetmə prosesləri sürətləndiyi bir vaxtda yaxın 3-5 il ərzində bizi nə gözləyir? Bu, insanların işsiz qalmasına gətirib çıxa bilərmi?

Axar.az xəbər verir ki, “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov Globalinfo.az-a açıqlamasında növbəti 5 ildə süni intellekt, robotlar və avtomatlaşdırılmış sistemlərin tətbiqinin daha da genişlənəcəyini bildirib:

“Limanlarda, anbarlarda, logistika mərkəzlərində və hətta bəzi istehsal sahələrində insan əməyinə olan tələbat azalacaq. Ancaq bu, insanların tamamilə işsiz qalacağı anlamına gəlmir. Çünki istənilən texnologiyanın arxasında yenə insan dayanır. Robotun özü də avadanlıqdır, onun mühərriki, sensorları, proqram təminatı, mexaniki və digər hissələri var. Avadanlıq sıradan çıxdıqda, proqramda xəta yarandıqda yaxud sistem gözlənilməyən vəziyyətlə qarşılaşdıqda müdaxilə edən insan olur. Robotun təmirini, texniki xidmətini, proqram yenilənməsini və idarə edilməsini yenə insanlar həyata keçirir”, - o deyib.

Ekspert bildirib ki, texnoloji inqilablar bəzi peşələri sıradan çıxarsa da, onların yerinə yeniləri yaradılır:

“Məsələn, əvvəllər anbar işçilərinin gördüyü bəzi işləri robotlar görə bilər, amma bunun əvəzində robot texniki, avtomatlaşdırma mühəndisi, məlumat analitiki, süni intellekt operatoru kimi yeni ixtisaslara ehtiyac artır. Ona görə də əsas məsələ insanların işsiz qalması deyil, əmək bazarının transformasiyasıdır. İnsan faktoru heç bir zaman istehsaldan tam çıxmayacaq. Çünki hər bir sistemi quran da, inkişaf etdirən də, nəzarətdə saxlayan da insandır. Texnologiya insanı tam əvəz etmir, daha çox onun iş üsulunu dəyişir və fiziki əməyin bir hissəsini üzərinə götürür. Bu səbəbdən yaxın illərdə insan və maşının birlikdə işlədiyi hibrid modelin daha geniş yayılacağını gözləmək olar”.

Tarix
2026.06.01 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla