Yuxarı

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar oxuyub.

Ərdoğan bildirib ki, bölgədə baş verən hadisələr Azərbaycanla enerji sahəsində atdıqları addımların nə qədər düzgün olduğunu bir daha göstərir. O qeyd edib ki, region üçün vaxtilə xəyal hesab edilən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməyə davam edirlər.

Ərdoğan Azərbaycanla başladılan və Gürcüstanın da töhfələri ilə tamamlanan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TANAP layihələrinə toxunaraq, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” tərəfdaşlığı sayəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.

“Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyir və möhkəmləndirir. Türkiyə ilə Azərbaycan arasında elektrik sahəsində əlaqələr bizim üçün strateji əhəmiyyət daşımağa davam edir. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin həyata keçirilməsi ilə bütün bölgəmizin enerji təhlükəsizliyinə də töhfə verməyi arzulayırıq”, - Ərdoğan əlavə edib.

Tarix
2026.06.01 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla