Yuxarı

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları olan uşaqlar üçün silsilə “açıq qapı günü” tədbirləri keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, FHN əməkdaşlarının peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilmiş tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbirlərin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər “açıq qapı günləri”nin əhəmiyyətindən danışıb, bu səpkili görüşlərin uşaqların dünyagörüşünün formalaşmasına, təhlükəsiz həyat fəaliyyəti, eyni zamanda yanğın təhlükəsizliyi sahəsində biliklərinin artırılmasına verdiyi töhfədən bəhs ediblər. Həmçinin, natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara sonsuz sevgisindən söz açıb, Azərbaycanda onlara qayğının dövlət siyasətinin prioriteti kimi müəyyənləşməsinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıblar. Qeyd edilib ki, Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uşaqların sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə köklü və irimiqyaslı islahatlar həyata keçirilir. Bildirilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, cəmiyyətə faydalı vətəndaşlar kimi yetişməsi istiqamətində böyük işlər görür.

Sonra “açıq qapı günü”ndə uşaqlara Nazirliyin regional mərkəzlərinin, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları tərəfindən texnika və avadanlıqlar təqdim olunub, FHN əməkdaşlarının gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb.

Uşaqların iştirakı ilə təşkil olunan təlimlər xilasedicilərin azyaşlı dostları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaqların, xüsusilə şəhidlərimizin övladlarının təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif səpkili tədbirlər təşkil edir.

Tarix
2026.06.01 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla