Yuxarı

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmaqda davam edəcəyini bəyan etsə də, Moskva “Aİİ və AB arasında seçim et” israrından əl çəkmir. Putin “iki ittifaqdan birini seçməklə bağlı referendum” təklifini Aİİ-nin Astana sammitində də gündəmə gətirdi və dörd ölkənin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına nail oldu. Paşinyan isə “referendum təklifini” rədd edib və Aİİ-də qalacaqlarını bildirib.

İrəvanın Brüsselə yaxınlaşmaq siyasətinə rəğmən, AB-yə üzvlük məsələsi uzunmüddətli prosesdir, hətta Gürcüstan, Moldova, Ukrayna təcrübəsi yekunda qəbul edilib-edilməməsini belə sual altına salır. Bunu Moskvada da anlayırlar, hərçənd, Rusiyanın məhz seçkidən öncə “seçim tələbi”ndə israr etməsi konkret hədəfə hesablanıb.

Birincisi, Ermənistan hakimiyyətini AB ilə yaxınlaşma siyasətinə dair Brüsseldə şübhələrə yol aça biləcək mövqe sərgiləməyə məcbur etməkdir: Paşinyanın son açıqlaması əslində bu prosesin nəticəsi idi, lakin erməni baş nazir “İrəvan Aİİ və AB arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək” deməklə həm Brüsselə “inteqrasiya istəyi davam edir” mesajını verdi, həm də “Aİİ-də qaldıqlarını” açıqladı. Moskva üçün bu, qənaətbəxş deyil və aydındır ki, “seçim tələbi”ni gündəmdə saxlayacaq.

İkincisi, Rusiya erməni ictimai rəyinə “Aİİ-dən uzaqlaşan Paşinyanın yenidən seçilməsi iqtisadi itkilər deməkdir” mesajını çatdırır və bununla seçicilərin mövqeyinə təsir etməyə çalışır: Ermənistan məhsullarının idxalına qoyulan qadağalarla bunu praktiki olaraq göstərir, eyni zamanda, qaz qiyməti, erməni miqrantlara olan güzəştlərin ləğv edilməsi kimi xəbərdalıqlarla gələcək problemləri təqdim edir.

Bu, Rusiyanın Ermənistan üzərində ən təsiredici rıçağını işə salması deməkdir. Çünki İrəvan avropalı tərəfdaşlarının köməyi ilə Moskvanın hərbi-təhlükəsizlik və siyasi dəstəyinə alternativ tapsa da, iqtisadi sferada bu qeyri-mümkündür, ən azı müəyyən dövrə– Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxış əldə edənə qədər. Moskva məhz indi iqtisadi rıçaqlarını istifadə etməklə Ermənistandakı mövqelərinin perspektivini təmin etməyə çalışır. Seçki gününə qədər – həftə ərzində Rusiyanın bu istiqamətdə praktiki addımları genişlənə bilər.

Tarix
2026.06.01 / 20:05
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla