Yuxarı

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Ermənistanda seçkiqabağı kampaniya çox fəal keçir. Artıq sonuncu həftədir və iri şəhərlərdə kütləvi aksiyalar təşkil olunur. Dünən Gümrüdə müxalifətin əsas namizədi Samvel Karapetyanın kifayət qədər böyük mitinqinin şahidi olduq .

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanda seçkiqabağı vəziyyətdən danışarkən deyib.

Politoloqun sözlərinə görə, əsas siyasi qüvvələr artıq mesajlarını seçicilərə çatdırıblar və bundan sonrakı mərhələdə nəticəyə təsir göstərəcək əsas amil seçki günü tərəfdarların səsverməyə cəlb edilməsidir:

“Çox şey siyasi qüvvələrin təşkilatçılıq qabiliyyətindən asılı olacaq. Rusiya müxalif qüvvələrə ciddi dəstək verir. Rusiya rəhbərliyinin bəyanatları, Ermənistan məhsulları ilə bağlı məhdudlaşdırıcı addımlar bir tərəfdən cəmiyyəti təsirləndirmək, digər tərəfdən isə rusiyapərəst qüvvələrin təbliğatını gücləndirmək məqsədi daşıyır”.

F.Məmmədov bildirib ki, Rusiyadan Ermənistana maliyyə axınının və orada çalışan Ermənistan vətəndaşlarının ölkəyə dönüşünün sürətlənməsi də diqqət çəkən məqamlardandır:

“Eyni zamanda Ermənistan hökuməti seçki korrupsiyası ilə bağlı müxtəlif regionlarda cinayət işləri açır. Demək olar ki, hər gün belə faktlarla bağlı məlumat yayılır.

Nikol Paşinyan seçkilərdə kifayət qədər yüksək nəticə əldə edə bilər. Paşinyanın arxasında Avropa Birliyi və ABŞ kimi Qərb qüvvələrinin açıq siyasi dəstəyi görünür. ABŞ rəsmilərinin səfərləri, Avropa Birliyinin seçkiöncəsi fəallığı və müxtəlif məlumatların ictimaiyyətə açıqlanması bunu göstərir. Bununla belə, Paşinyan da öz elektoratını seçkiyə səfərbər etməlidir ki, qələbəsini təmin etsin”.

Ekspertin fikrincə, ən həlledici mərhələ seçki günü və ondan sonrakı dövr olacaq:

“Rusiyapərəst müxalifət artıq etiraz aksiyalarına hazırlaşır. Bu aksiyaların hansı nəticələrə gətirib çıxaracağını indidən proqnozlaşdırmaq çətindir. Həmçinin seçkidən sonra hüquq-mühafizə orqanlarının və dövlət strukturlarının tutacağı mövqe də proseslərin gedişinə ciddi təsir göstərəcək. Düşünürəm ki, bundan çox şey asılı olacaq”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.

Tarix
2026.06.02 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla