Yuxarı

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.

Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara “ağa”nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir.

Yeni dini lider faktiki olaraq, “yoxa çıxıb”. Məlumatlara görə, Müctəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Ki bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. “Keşikçilər”in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir.

İstisna deyil ki, Pezeşkianın istefa ərizəsi hesablanmış addımdır: müharibə şəraitində prezidentin gedişi “daxili qarşıdurma” yaratması baxımından sərfəli deyil və o, SEPAH-ın müdaxiləsini azaltmaq üçün “istefa kartı”nın işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir:

- SEPAH-ın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lider - güc görünmür;

- “Keşikçilər” müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir;

Mövcud şərtlərdə “daxili çatları” ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ-la atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri – idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir.

Tarix
2026.06.02 / 10:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla