Yuxarı

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Hazırda Yaxın Şərqdə tammiqyaslı müharibəyə qayıdış yox, idarə olunan atəşkəsdən idarəolunmayan eskalasiyaya keçid riski görünür. Yəni ABŞ-ın İran radar və PUA idarəetmə mərkəzlərinə zərbələri, SEPAH-ın MQ-1 PUA-sını vurması və Tehranın Livandakı gərginliyi əsas gətirərək, ABŞ-la danışıqları dayandırdığı barədə açıqlama verməsi onu göstərir ki, tərəflər masadan tam qalxmasalar da, hərbi təzyiqi danışıqlar alətinə çeviriblər.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli general Yücəl Karauz İran və ABŞ arasında baş verən prosesləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, İran burada üç mesaj verir:

“Birincisi, Livan və Qəzza məsələsini ABŞ-İran danışıqlarından ayrı tutmayacaq. İkincisi, SEPAH və müttəfiq qüvvələr vasitəsilə regional təzyiq imkanlarını saxlayacaq. Üçüncüsü də Hörmüz və hətta Bab əl- Məndəb kimi enerji keçid xətlərini təhdid kartı kimi masada saxlayacaq.

Onu da qeyd edim ki, müharibənin yenidən başlaması ehtimalı var, ancaq hazırda daha real ssenari məhdud zərbələr, PUA-raket hücumları, dəniz yollarında təzyiq və diplomatik fasilələrlə davam edən gərginlikdir. Yəni tərəflər böyük müharibəni istəməsələr də, səhv hesablama, İsrail-Livan xəttində genişlənmə və Körfəz bazalarına hücum riski vəziyyəti nəzarətdən çıxara bilər.

Digər tərəfdən, ABŞ da, İran da hərbi üstünlük nümayiş etdirməklə daha sərfəli razılaşma şərtləri əldə etməyə çalışır. Lakin yaxın müddətdə geniş və dayanıqlı razılaşma ehtimalı zəifdir. Çünki əvvəlcə Livan-Qəzza cəbhəsində sakitləşmə, Hörmüz təhlükəsinin azalması və qarşılıqlı zərbələrin dayanması lazımdır.

Nəticə etibarilə, Yaxın Şərq hazırda nə tam sülh, nə də tam müharibə mərhələsindədir. Bu, silahlı diplomatiya mərhələsidir: masa var, amma masanın arxasında raketlər, PUA-lar, enerji boğazları və proksi qüvvələr dayanır”.

Tarix
2026.06.02 / 11:28
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla