Yuxarı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın təsiri ilə məhdudlaşacaq.

Axar.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzinin hesabatında qeyd olunub.

Analitiklərin fikrincə, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərginlikdən sonra, xüsusən də Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ keçirməsi fonunda münasibətləri normallaşdırmaq üçün cəhdlər göstəriblər:

“Eyni zamanda, İrəvan Rusiyadan daha böyük müstəqillik əldə etməyə və Qərblə daha geniş siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafına çalışır”.

“Stratfor” qeyd edir ki, Ermənistanla Türkiyə arasında yaxınlaşma Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional “orta oyunçu” kimi mövqeyini gücləndirə, həmçinin İranın bölgədəki təsirini qismən zəiflədə bilər:

“Ermənistan üçün bu, ticarət yollarının genişləndirilməsi və Qərb bazarlarına çıxış, eləcə də xarici iqtisadi əlaqələrin şaxələndirilməsi ola bilər.

Eyni zamanda, Rusiya hər iki ölkə ilə münasibətlərinin yaxınlaşma dərinliyini məhdudlaşdıran əsas amil olaraq qalır. Ermənistan Türkiyə və Qərbə çox yaxınlaşarsa, Moskva iqtisadi təsir vasitələrindən istifadə edə bilər”.

Hesabatda əlavə olaraq bildirilib ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistandakı daxili siyasi proseslərdən və qarşıdan gələn seçkilərin nəticələrindən asılı ola bilər.

Tarix
2026.06.02 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla