Yuxarı

BTQ istismara verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ istismara verildi

14:07

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Axar.az xəbr verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin üç ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İrakli Kobaxidze BTQ-nin modernizasiya layihəsini Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın uğurlu nəticəsi adlandırıb. Nazir qeyd edib ki, görülmüş işlər müasir standartlara uyğun icra olunub, nəticədə BTQ üzərindən regional yükdaşımaların əhəmiyyəti və regionun tranzit imkanları artıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ-nin Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək iqtisadi inteqrasiyanı gücləndirdiyini bildirib. Onun sözlərinə görə, yenilənmiş BTQ Azərbaycan və Gürcüstanın regional daşımalardakı əhəmiyyətini artıracaq. Eyni zamanda, Orta Dəhlizlə yükdaşımaların artması fonunda BTQ-nin rolu güclənəcək.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxışı zamanı BTQ-nin hələ 2017-ci ildə istifadəyə verilməsini Avrasiya bağlantıları tarixində yeni bir səhifə adlandırıb. Nazir qeyd edib ki, BTQ-nin modernləşdirilməsi Azərbaycanın davamlı investisiya öhdəliyinə sadiqliyini və bu dəmir yolu xəttini Orta Dəhlizin mühüm dayağına çevirmək üçün strateji fəaliyyətini nümayiş etdirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə BTQ-ni üç ölkənin etibarlı tərəfdaşlığının bariz nümunəsi adlandırıb. Nazirin sözlərinə görə, uğurla tamamlanmış layihə birgə məqsədyönlü fəaliyyətin məntiqi sonluğudur və artıq BTQ Avrasiya nəqliyyat xəritəsində həm Qafqaz regionunu, həm də Türkiyəni daha strateji şəkildə mövqeləndirir.

Çıxışların ardınca BTQ-nin modernləşdirilmədən sonra istifadəyə verilməsini rəsmiləşdirən rəmzi düymənin sıxılması mərasimi keçirilib və görülmüş işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

Tarix
2026.06.02 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla