Yuxarı

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Paşinyan Başkəndin mübadiləsi təklifini daha öncə də gündəmə gətirib. İndi seçki öncəsi məsələ aktuallaşdığı üçün yenidən dilə gətirir. Bu təklif belədir ki, anklav olan Kərki kəndi və yaxud da Qazaxın üç anklav kəndindən biri ilə Başkənd mübadilə edilsin, yəni dəyişdirilsin. Paşinyan bunu problemi həll etməyin yolu kimi təqdim edir. Əslində isə bu, Ermənistanın məqsədlərinə xidmət edir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Kərki və Qazaxın üç anklav kəndi kifayət qədər strateji əhəmiyyətli bölgədə yerləşir:

“Yəni Kərkinin Azərbaycana qaytarılması o deməkdir ki, Azərbaycan Ermənistanın şimalı-cənubu birləşdirən magistral yoluna nəzarət etmək imkanı qazanır. Bu, Ermənistanın İrana çıxışına nəzarət deməkdir. Çünki Ermənistan əsasən İrana məhz bu yol üzərindən çıxır. Yəni Kərki Azərbaycana qaytarılarsa, Azərbaycan həmin bölgədə strateji üstünlük əldə edir.

O cümlədən, Qazaxın üç anklav kəndi də kifayət qədər strateji əhəmiyyətli bölgədə yerləşir. Bu kəndlər Azərbaycana qaytarıldıqdan sonra Ermənistanın Gürcüstana gedən magistral xəttinə Azərbaycanın nəzarət etmək imkanı yaranacaq. Digər tərəfdən, Rusiyadan Ermənistana gələn qaz kəmərləri də məhz bu bölgədən keçir. Yəni Azərbaycan Ermənistan üçün strateji əhəmiyyət daşıyan bölgələrə nəzarət etmək imkanı qazanır ki, bu da Azərbaycanın Ermənistan üzərində üstünlük əldə etməsi deməkdir”.

Politoloq hesab edir ki, Paşinyan məhz bu strateji üstünlükləri itirməmək üçün belə bir mübadilə fikrini ortaya atır:

“Yəni əgər Kərki ilə mübadilə ediləcəksə, Ermənistan tərəfi ən azından şimal-cənub magistral xətti, yəni İrana çıxan xətt üzərində strateji üstünlüyünü qoruyub saxlayacaq. Və yaxud da əksinə, Qazaxın üç anklav kəndindən biri ilə mübadilə edilsə, Ermənistan Gürcüstana gedən magistral xətt və Rusiyadan gələn qaz xətti istiqamətindəki strateji üstünlüyünü qismən qoruyub saxlayacaq. Hesab edirəm ki, Paşinyanın təklifi problemi həll etməkdən daha çox öz strateji üstünlüklərini qoruyub saxlamaq məqsədi daşıyır.

Digər tərəfdən isə mübadilə məsələsini ortaya atmaq o deməkdir ki, Ermənistan tərəfi anklavlar məsələsini həll etmək yox, prosesi uzatmaq niyyətindədir. Çünki Azərbaycan tərəfi bu anklav məsələsinin delimitasiya çərçivəsində həll edilməsinin tərəfdarıdır. Uzun müddətdir Azərbaycan tərəfi üçün Başkəndin qaytarılması məsələsi gündəmdə yoxdur. Çünki Başkənd Azərbaycan torpağı olsa da, sovet dövründə məhz ermənilərə bağışlandıqdan sonra anklava çevrilib. Kərki və Qazaxın üç anklav kəndi isə məhz 90-cı illərdə işğal olunub.

Yəni Azərbaycan bu anklavların qaytarılması və məsələnin həll edilməsi prosesində Başkəndi həmin gündəliyə daxil etmir və daxil etmək niyyətində deyil”.

Tarix
2026.06.03 / 15:30
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla