Yuxarı

Nazirlər Kabinetindən mühüm qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Kabinetindən mühüm qərar

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Prezidentin Ehtiyat Fondu, Dövlət büdcəsinin Ehtiyat Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lər, "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu, İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, "Media Mükəmməllik Şəbəkəsi" qeyri-kommersiya təşkilatı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" və , "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-lər, Maliyyə Nazirliyinə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi", Gənclər və İdman Nazirliyinin tabeliyində "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu", Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

Tarix
2026.06.03 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla