Yuxarı

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü təşviq etməyə hazırıq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib.

“Aprel ayında Zəngilanda keçirilən görüşdən sonra ticarət dövriyyəsinin artırılması və sənayedə institutsional əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər siyahısı hazırlanıb. Rusiya biznesinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma layihələrində iştirakı üçün imkanlar müəyyən edilib. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə yaxınlaşdırmaqda maraqlıdır”, - o bildirib.

Qaluzin qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistanın münasibətlərinin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri dəstəkləyir.

“Biz, əvvəlki kimi, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində Bakı və İrəvana kömək etməyə və sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırıq”, - Rusiya rəsmisi əlavə edib.

Tarix
2026.06.04 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla