Yuxarı

Zeynəb Cavadlı həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zeynəb Cavadlı həbs edildi

Dubay hakiminin qardaşı oğlunun keçmiş xanımı Zeynəb Cavadlı üç azyaşlı qızının qəyyumluğu üzərində yaranan münaqişənin dərinləşməsi fonunda saxlanılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Dubay Dövlət Prokurorluğundan verilən məlumata əsasən, Zeynəb Cavadlının saxlanılmasına səbəb onun sabiq əri və üç uşağının atası Şeyx Səid bin Maktum bin Rəşid əl-Maktumun şikayəti olub. Çərşənbə axşamı gecəsindən etibarən Cavadlının ailəsi, yaxınları onunla əlaqəni itirib və yerinin harada olması barədə narahatlıq keçiriblər. Təxminən iki gün ərzində nə sabiq idmançı, nə də uşaqları haqqında heç bir xəbər əldə etmək mümkün olmayıb.

Dubay Prokurorluğunun məlumatına əsasən, onun keçmiş əri iddia edir ki, qadın məhkəmə tərəfindən icazə verilən görüş zamanı övladlarını qaçırıb. Hələ ötən il Şeyx Səid polisə şikayət edərək onu qızlarını qaçırmaqda ittiham edib.

Dubay Dövlət Prokurorluğu məsələnin istintaq altında olduğunu və hüquqi prosedurların davam etdiyini bildirib.

"Uşaqların rifahını və ən ali maraqlarını qoruyaraq, tətbiq edilən qanunvericiliyə uyğun olaraq, lazımi hüquqi addımları atmağa davam edəcəyik", - deyə qurumun açıqlamasında qeyd olunub.

Buna cavab olaraq Zeynəb Cavadlının hüquqlarını müdafiə edən britaniyalı vəkil David Heyq BƏƏ-ni Zeynəb Cavadlının dərhal öz vəkili, konsulluğu və ailəsi ilə əlaqə saxlamasına icazə verməyə və qadının Dubaydakı evinə buraxılmasına çağırıb.

Xatırladaq ki, ötən gün keçmiş gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb. Bildirilib ki, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır.

Tarix
2026.06.05 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla