Yuxarı

Nazirlər Bakıda toplaşacaq? - Rusiyadan açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Bakıda toplaşacaq? - Rusiyadan açıqlama

Rusiya Cənubi Qafqaz üzrə xarici işlər nazirləri səviyyəsində “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu - Rusiya, Türkiyə, İran) növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini gözləyir, bu məsələ ilə bağlı müzakirələr davam edir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib.

“Nazirlərin növbəti görüşünün ya Bakıda, ya da İrəvanda keçiriləcəyini gözləyirik. Bu məsələ ilə bağlı danışıqlar Azərbaycan və Ermənistandan olan həmkarlarımız arasında davam edir. Rusiya “3+3” formatında tam əməkdaşlığı təmin etmək üçün bütün Cənubi Qafqaz regionunda nəqliyyatın tamamilə açılmasını dəstəkləyir. Gürcüstan “3+3” platforması üçün vacib tərəfdaşdır, onun iştirakı olmadan formatın perspektivləri tam şəkildə reallaşa bilməyəcək”, - o bildirib.

Tarix
2026.06.05 / 13:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla