Yuxarı

Prezidentin təltif etdiyi Zakir Quliyev kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Zakir Quliyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edib. Onlardan biri də 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Zakir Bəybala oğlu Quliyevdir.

Axar.az Oxu24.az-a istinadla xəbər verir ki, Zakir Quliyev 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

O, 1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub. 1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1986-1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991-1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib.

1998-2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib.

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir. Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

2018-ci ildə "III dərəcəli Əmək ordeni" ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Tarix
2026.06.05 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla