Yuxarı

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

"Azərsun Holdinq" 5 iyun – Dünya Ətraf Mühit Günü 2026 (World Environment Day 2026) münasibətilə Bakı şəhərində keçirilən rəsmi açılış mərasiminin və əlaqədar tədbirlərin dəstəkçilərindən biri kimi ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən qlobal təşəbbüslərə öz töhfəsini verib.

Axar.az xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm adamları və biznes ictimaiyyətinin nümayəndələri iştirak edərək iqlim dəyişiklikləri, metan emissiyalarının azaldılması, təbii ehtiyatların qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadə "Azərsun Holdinq"in korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Holdinq fəaliyyət göstərdiyi müəssisələrdə ekoloji təsirin azaldılması, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Tarix
2026.06.05 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla