Yuxarı

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün “yaşıl hidrogen” sahəsi daxil olmaqla, layihələr hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Report-a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.

R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb ki, bu da əməkdaşlıqda çox müsbət inkişafıdır.

“Digər tərəfdən, “SOCAR Green”in bərpa olunan enerji ilə məşğul olan yeni bölməsi Almaniyada çox güclü bir tərəfdaş tapıb. Artıq “yaşıl hidrogen” sahəsi də daxil olmaqla, yeni əməkdaşlıq layihələri hazırlanır”, – o bildirib.

Səfirin sözlərinə görə, xüsusi diqqət “yaşıl hidrogen” sahəsinə yetirilir. Bu sahə CO₂ emissiyalarının azaldılması və təbii qazın tədricən daha təmiz enerji mənbələri ilə əvəzlənməsinə dair siyasət çərçivəsində Avropanın gələcək enerji transformasiyasının əsas elementi kimi nəzərdən keçirilir.

R.Horlemann həmçinin vurğulayıb ki, Almaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal olaraq qalır, layihələrin əhəmiyyətli hissəsi isə birgə təhsil və investisiya təşəbbüsləri də daxil olmaqla, özəl sektor, universitetlər və biznes strukturları vasitəsilə həyata keçirilir: “Almaniya təkcə Bakıda deyil, Azərbaycanın bütün ərazisində fəal şəkildə işləyəcək. Almaniya tərəfinin nümayəndələri ölkənin şəhər və regionlarına səfərlər edir. Bununla da onlar müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edərək ikitərəfli münasibətləri, o cümlədən iqtisadi sahədə əlaqələri dərinləşdirirlər”.

Tarix
2026.06.06 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla