Yuxarı

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Nəticəsinin regiondakı güc balansına təsiri Ermənistan seçkilərini geosiyasi rəqabət mərkəzinə çevrib. Müxalifət cəbhəsində Rusiya, hakimiyyət cəbhəsində Avropa Birliyi və ABŞ üz-üzədir.

Ukrayna məsələsində, ümumilikdə geosiyasi təsir dairələrinin bölüşdürülməsində maraqlarının nəzərə alınacağı ümidi ilə Vaşinqtonla birbaşa toqquşmadan çəkinən Moskva əsas rəqib kimi Brüsselin üzərinə gedir. AB-nin də əsas hədəfi Rusiyanın mövqelərini zəiflətmək və “boşalan yerini” ələ keçirməkdir. Ermənistan seçkilərində “qələbə” Avropa Birliyi üçün bir neçə kontekstdə əhəmiyyətlidir:

- Gürcüstanda geri düşdükdən sonra Ermənistan üzərindən Cənubi Qafqazda “dayaq nöqtəsi” əldə etmək;

- Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta dəhlizdə mövqelərini qorumaq;

- Yeni beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzi ambisiyalarını saxlamaq.

ABŞ seçkiyə TRİPP (Zəngəzur dəhlizi) başda olmaqla Cənubi Qafqazdakı layihələrinin davamlılığını təmin etmək kontekstində yanaşır və prosesdə təkcə Moskva yox, Brüssellə də rəqabət içində görünür. Hazırda ABŞ və AB Paşinyan üzərində uzlaşsalar da, seçkidən sonra Ermənistandakı mövqelər uğrunda rəqabət davam edə bilər.

Rusiya seçkiyə həlledici məqam kimi yanaşır və iki mümkün ssenaridən - a) Paşinyanın devrilməsi, b) müxalifətin parlamentdə təmsilçiliyinin artırılması və Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək - birinə nail olmağa çalışır. İstədiyini əldə etməmək Rusiyanın regiondakı mövqelərinə ciddi risklər yarada bilər: Paşinyanın mütləq qələbəsi Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə sərhədlərin və Avropa bazarına çıxışın açılması deməkdir: hadisələr bu istiqamətdə inkişaf edərsə, Rusiya Ermənistan üzərində hazırda istifadə etdiyi ən təsirli rıçağını – iqtisadi imkanlarını da tədricən itirəcək və Moskvadan asılılığı azalan rəsmi İrəvan Rusiyanın “qırmızı xətt”inə - 102-ci bazanın çıxarılmasına doğru irəliləyəcək; hərbi bazanın əldə çıxması Rusiya üçün təkcə Ermənistanda yekun məğlubiyyət yox, həm də NATO-nun cənub cinahına qarşı “dayaq nöqtəsi”ni itirmək deməkdir.

Beləliklə, bölgədəki güc balansı tamamilə Rusiyanın əleyhinə dəyişə, Moskvanın “geri dönüş” imkanları aradan qalxa bilər; bunu anlayan Rusiyanın Paşinyan seçiləcəyi təqdirdə, seçkidən öncə sərgilədiyi kəskin mövqeyi yumlaşdacağı gözləniləndir.

Geosiyasi rəqabət fonunda məğlub olan tərəfin nəticəni tanımaqdan imtina etməsi və qarşıdurmanın olması riski ön plandadır.

Tarix
2026.06.07 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla