Yuxarı

Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

Ermənistanda keçirilən seçkilərin nəticələrindən bir neçə mühüm məqam çıxarmaq olar. Birincisi, Nikol Paşinyan hakimiyyəti yenə də öz əlində saxlaya bildi. Amma mandatların sayına və imkanlar nisbətinə baxdıqda görürük ki, əvvəlki dövrlə müqayisədə zəifləyib və təkbaşına bəzi mühüm qərarları qəbul etmək imkanları məhdudlaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda keçirilən parlament seçkiləri barədə danışarkən deyib.

“Nəyə görə bu məsələ Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətlidir? Çünki sülh gündəminin davam etməsi və sülh sazişinin imzalanması çox vacib mərhələdir. Lakin Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi indiki şəraitdə çətin görünür. Hazırkı qanunvericiliyə əsasən, konstitusiyanın dəyişdirilməsi referendum vasitəsilə mümkündür. Referendumun təşkili üçün isə parlamentdə konstitusion çoxluq, yəni mandatların üçdə ikisi tələb olunur. Amma hazırkı nəticələrə görə Paşinyan bu qədər mandata sahib deyil.

Deməli, referendum keçirilməsə və konstitusiya dəyişməsə, sülh prosesinin yekunlaşması və sülh sazişinin imzalanması da mümkün olmayacaq”, - o vurğulayıb.

Zülfüqarov Samvel Karapetyanın parlamentə daxil olmasını da prosesə birbaşa təsir edən amil kimi dəyərləndirir:

“Paşinyan indiki mərhələdə deyə bilər ki, sülh istəyir, amma konstitusiyada dəyişiklik etməyəcək. Azərbaycan isə təbii olaraq konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan bir ölkə ilə sülh sazişi imzalaya bilməz. Bu, kifayət qədər absurd vəziyyətdir. Dünyada belə bir təcrübə nə olub, nə də ola bilər.

Bu vəziyyət dolayısı ilə Rusiyanın maraqlarına da xidmət edir. Çünki Rusiya məhz bu yollarla sülh prosesini dondurmağa çalışa bilər və mən əminəm ki, belə bir cəhd göstərəcək. Karapetyan da Rusiyanın siyasi maraqlarını həyata keçirən fiqurlardan biri kimi qiymətləndirilir. Buna görə də Paşinyan bundan sonra müəyyən siyasi koalisiyalar yaratmağa, digər siyasi qüvvələri prosesə cəlb etməyə məcbur qala bilər”.

Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.

Tarix
2026.06.08 / 14:32
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur - Video

Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla