Yuxarı

Dominqes Azərbaycana başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dominqes Azərbaycana başsağlığı verdi

Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə İMO Baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub.

"Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəvi şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib.

O vurğulayıb ki, İMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır:

"Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".

Tarix
2026.06.08 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla