Yuxarı

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyatda olan heç bir daşınmaz əmlak yoxdur. 2025-ci ildə isə Türkiyə vətəndaşları respublikada yalnız 4 daşınmaz əmlak əməliyyatı həyata keçiriblər.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, ötən il Türkiyə vətəndaşları İrəvanın Kentron inzibati rayonunda bir mənzil alıb, həmçinin Kotayk vilayətinin Jrvej kəndində iki mənzil və bir torpaq sahəsi satıblar.

“Ermənistan Respublikasında Azərbaycan vətəndaşları tərəfindən qeydiyyatda olan heç bir əmlak yoxdur”, - deyə Kadastr Komitəsi bildirib.

Həmçinin qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlakla bağlı heç bir əməliyyat aparmayıblar.

Ümumilikdə 2025-ci ildə xarici vətəndaşların iştirakı ilə 4 413 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Xaricilər 2 014 obyekt alıb, 2 524 obyekt isə satıblar.

Xarici alıcılar arasında ən çox tələb olunan əmlak növləri mənzillər, torpaq sahələri və qarajlar olub. Əməliyyatların əksəriyyəti İrəvanda həyata keçirilib. Kotayk və Lori bölgələri də aktiv regionlar sırasında yer alıb.

Ermənistanda daşınmaz əmlak alan əcnəbilər arasında ilk yeri Rusiya vətəndaşları tutur. Onların ardınca ABŞ və İran vətəndaşları gəlir. Əmlak alanlar arasında həmçinin Suriya, Avropa ölkələri və digər MDB dövlətlərinin vətəndaşları da var.

2026-cı ilin birinci rübündə xarici vətəndaşlar 525 əmlak alıb, 572 əmlak isə satıblar. Əməliyyatların böyük hissəsini mənzillər, torpaq sahələri, yaşayış evləri və qarajlar təşkil edib.

Kadastr Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda 3 mənzil alıblar və bunların hamısı İrəvanda yerləşib. 2023-cü ildə Azərbaycan vətəndaşları əmlak almayıb. 2022-ci ildə isə azərbaycanlılar İrəvan və Lori bölgəsində iki daşınmaz əmlak əldə ediblər.

Tarix
2026.06.15 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Ermənistana 490 ton buğda göndəriləcək

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

Türkmənistan prezidenti Azərbaycana gələcək

Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı

Prezident onlara müraciət ünvanladı

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla