Yuxarı

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları ilə İran arasındakı razılaşmanın şərtlərinə heç bir formada əməl etmək məcburiyyətində deyil. Çünki İsrail Vaşinqtonun tabeliyində fəaliyyət göstərmir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, nazir bununla bağlı mövqeyini X sosial şəbəkəsində paylaşıb.

"ABŞ Prezidenti Donald Trampın razılaşması İsraili heç nəyə məcbur etmir. İsrail müstəqil, suveren bir ölkədir və Birləşmiş Ştatlara tabe deyil. Biz Prezident Trampa sonsuz minnətdarıq. Lakin bununla yanaşı, İsrail dövləti banan respublikası deyil", - deyə Ben-Qvir qeyd edib.

Nazir öz mövqeyini onunla əsaslandırıb ki, Təl-Əviv bu sənədin tərəfdaşı deyil və həmin razılaşma ölkənin təhlükəsizlik maraqlarını nəzərə almadığı üçün İsraili heç bir halda öhdəlik altına sala bilməz.

"Biz Livan Hizbullahının tamamilə məhv edilməsindən daha azına razı ola bilmərik. Eyni zamanda, ordumuzun ələ keçirdiyi və terrorçuların infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.

Tarix
2026.06.15 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla