Yuxarı

Misir Mərdanovdan nazirin qərarına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir Mərdanovdan nazirin qərarına reaksiya

Məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsusi saxlama yerlərində söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.

Axar.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov Azxeber.com-a açıqlamasında məktəblərdə telefon istifadəsinə qadağa qoyulmasının yaxşı addım olduğunu bildirib:

"Məktəblərdə telefon istifadəsinə qadağa qoyulması yaxşı fikirdir. Bu, uşaqların dərs zamanı diqqətinin yayınmasının qarşısını ala bilər. Lakin bunun reallaşdırılması sadə məsələ deyil”.

Sabiq nazir qeyd edib ki, bu kimi tədbirlər təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcək:

"16 yaşa qədər uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulması da müsbət addımdır. Əgər bu qayda tətbiq olunarsa, azyaşlı uşaqlar üçün faydalı təşəbbüs ola bilər. Bu kimi tədbirlər təhsilin və tərbiyənin keyfiyyətinin artırılmasına xidmət edəcək. Lakin bu qərarın təhsil müəssisələrində necə tətbiq olunacağı mürəkkəb məsələdir”.

Tarix
2026.06.29 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla