Yuxarı

Azərbaycanı yaxşı başa düşürük - Kolumbiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanı yaxşı başa düşürük - Kolumbiya

Sentyabrın 29-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ziyafət Əsgərov V Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası münasibətlərin dərinləşməsinə münbit şərait yaratdığını vurğulayıb, beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə və Kolumbiya senatında Xocalı soyqırımı barədə qəbul olunmuş qərara görə Kolumbiya dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir. Bu məsələlər Forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.

Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.

Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendes ölkəsinin V Bakı Beynəlxalq Humanitar Foruma dəvət olunmasına görə təşəkkürünü vurğulayıb. Diqqətə çatdırıb ki, Kolumbiyada Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər. Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən əziyyət çəkmiş ölkədir.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda müzakirələr aparılıb.

Tarix
2016.09.29 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana propan və gübrə göndəriləcək

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla