Yuxarı

Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.

Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub. Görüş zamanı iştirakçılar Bakcell və Gənclər Fondunun gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək göstərir.

Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal transformasiyanın tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi yetişəcəklər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Tarix
2026.07.10 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla