Yuxarı

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank istiqrazlarına abunə yazılışı başladı

Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər üçün yeni investisiya imkanı yaradır. Kapital Bank fond bazarına ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir.

Kapital Bank istiqrazlarına abunə yazılışı 1 avqust 2026-cı il tarixinədək davam edəcək. İstiqrazın müddəti 1 il təşkil edir. İstiqrazlara Birbank Invest tətbiqi vasitəsilə bir neçə addımda tam rəqəmsal şəkildə abunə yazılmaq mümkündür. Bunun üçün tətbiqin “İnvestisiya” bölməsində yerləşən “Yerli bazar” bannerini seçmək kifayətdir.

Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/PPhZ8q

Rəqəmsal kanallarla yanaşı bütün Kapital Bank/Birbank filiallarında da istiqrazlara abunə yazılmaq olar. Abunə yazılışı üçün minimum və maksimum alış limiti yoxdur. Sifarişlərin icrası zamanı ilk növbədə fiziki şəxslərin sifarişlərinə üstünlük verilir. Filiallarda sifariş zamanı fiziki şəxslər üçün bütün komissiya xərcləri bank tərəfindən qarşılanır.

Ətraflı məlumat: https://www.b-b.az/gEn4Ac

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Tarix
2026.07.10 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla