Yuxarı

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə...

Azercell-in dəstəyi ilə həyata keçirilən təşəbbüs regionda qadınların innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib

Quba və ətraf regionlarda yaşayan gənc qadınların innovasiya və sahibkarlıq sahəsində potensialının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və startap ekosistemində iştirakının təşviqinə yönəlmiş "StartHer Quba" layihəsi başa çatıb. Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Azercell-in dəstəyi ilə həyata keçirilib.

Təşəbbüs çərçivəsində ilkin seçim mərhələsini uğurla keçən 20 qadın innovativ sahibkarlıq, biznes modelinin hazırlanması və ideyaların effektiv təqdimatı üzrə praktiki təlimlərdə iştirak edərək öz startap ideyalarını inkişaf etdirmək üçün zəruri bilik və bacarıqlar əldə edib. Təlim proqramını uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Proqramın yekununda iştirakçılar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər. Layihələr təhsil, səhiyyə, turizm, əmlak və kənd təsərrüfatı kimi müxtəlif istiqamətləri əhatə edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri pul mükafatları ilə təltif olunub.

Qeyd edək ki, "StartHer Quba" layihəsi Azercell-in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı" sosial layihə müsabiqəsinin üç qalib layihəsindən biridir.

Tarix
2026.07.10 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla