Masallıda çaya tullanarkən xəsarət alan gənc öldü
19:37
| Ana səhifə Gündəm |
|
Gözəl yaşamaq üçün öz kökünü, ailəni, torpağını sevməlisən.
Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Asan TV-yə müsahibəsində deyib.
“Sevdiyin işlə məşğul olmalısan. Allah hərəyə bir bacarıq verir. Öz bacardığın işlə məşğul olmalısan. O işin liderlərindən biri olmalısan, quyruqda sürünməli deyilsən.
Sevdiyin adamla həyat qurmalısan. İnsan bir dəfə yaşayır və ömür çox uzun deyil. 80 il necə gəldi, necə getdi, bilmirəm. Ömrün dedi-qodu, sıxıntı, sarsıntı içində keçməsin. Səni sevən, səni duyan, sənin səviyyəndə olan adamla ailə qurmalısan.
Ömrün torpağına, ailənə, gördüyün işə sevgi ilə keçməlidir. Milətin gələcəyi üçün əlindən gələni etməlisən”, - o bildirib.
|
Tarix
2026.07.27 / 18:46
|
Müəllif
Sevgi İsmayılbəyli
|