Yuxarı

Xocalı şahidi ABŞ nəşrində yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı şahidi ABŞ nəşrində yazdı

ABŞ-da çıxan "The Jewish Journal" nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə sayəsində sağ çıxmış Dürdanə Ağayevanın "Əvəzolunmazlar: Qarabağ müharibəsi əfsanəvi cinsin mövcudluğunu təhlükə altına necə qoydu" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Qarabağ atı cinsindən və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu cinsin mövcudluğu üçün yaranan təhlükədən danışılır.

Azərtac xəbər verir ki, müəllif doğma şəhəri Xocalının 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, indiyədək də işğal altında olduğunu və bu gün Azərbaycanda çoxlu sayda qaçqının olduğunu yazıb.

D.Ağayeva vurğulayır ki, Ermənistan silahlı qüvvələrinin təzyiqi altında təxminən 800 min sakin Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşüb. O qeyd edib ki, uşaq yaşlarından dəyərlərimizin və azadlığımızın rəmzi olan Qarabağ atlarına məftun olub. Qarabağ atlarının gözəlliyini təsvir edən müəllif yazır ki, günlərin birində Qarabağ atı cinsinin yox olmaq təhlükəsi ilə qarşılaşa biləcəyini təsəvvürünə belə gətirə bilməzdi.

Xocalı qırğınının şahidi yazır ki, erməni işğalçıları Azərbaycan ərazisində heç kimə aman vermədilər. Uşaqlar, qocalar, evlər və məscidlər, qəbiristanlıq, hətta mal-qara, vəhşi heyvanlar belə məhv edildi. Müəyyən miqdarda Qarabağ qaçağanı xilas edilərək bir şəhərdən digərinə köçürülsə də, onların əksəriyyəti öyrəşdikləri otlaqlarsız yaşaya bilməyib və tələf olub. Bu isə müvafiq cinsin repopulyasiyasını çətinləşdirir. Azərbaycan hökuməti Qarabağ atı cinsinin qorunub saxlanması üçün proqram həyata keçirsə də, təbii yaşayış mühitinin əlçatmaz olması populyasiyanı ləngidir.

Müəllif məqalənin sonunda münaqişənin nizama salınması üçün dünya dövlətlərinin birgə səy göstərəcəyinə ümid bəslədiyini ifadə edir.

Tarix
2016.10.10 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla