Yuxarı

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Məsud Pezeşkianın 11 avqust 2024-cü il tarixində Nazirlər Kabinetinin 19 nəfərlik siyahısını İslam Şurası Məclisinə (parlamentə) rəsmi olaraq təqdim etməsi və bununla da 14-cü hökumətin etimad səsverməsi prosesini başlatması ölkənin siyasi tarixində mühüm bir hadisə oldu.

Lakin bu icraedici addıma baxmayaraq, İran İslam Respublikasında prezidentlik institutu müasir demokratik sistemlərdən fərqli olaraq, icraedici hakimiyyətin rəhbəri kimi görünsə də, hüquqi, dini və struktur blokadalar səbəbindən ölkənin ümumi vəziyyətinə tam nəzarət etmək qabiliyyətindən məhrumdur.

Bu struktur məhdudiyyətinin təməli Konstitusiyanın quruluşunda, xüsusilə bütün hakimiyyət qollarının legitimliyini bütövləşdirən Vilayəti-Fəqih prinsipində dayanır.

Konstitusiyanın 110-cu maddəsi Silahlı Qüvvələrin ali komandanlığı, ali məhkəmə, kəşfiyyat və rəsmi media rəhbərlərinin təyinatı, müharibə və sülh elan edilməsi kimi suverenliyin ən mühüm alətlərini birbaşa rəhbərə həvalə etdiyindən, prezident makro-siyasəti müəyyən edən şəxs deyil, yalnız ali instansiyalar tərəfindən hazırlanmış qərarların icraçısı statusundadır.

Hətta 1989-cu ildə baş nazir postunun ləğv edilməsi ilə icraedici hakimiyyət prezidentin rəhbərliyində birləşdirilsə də, paralel olaraq Konstitusiya Keşikçiləri Şurası və Nizam-İntizam Şurası kimi təyin olunmuş orqanların nəzarət gücü artırılmış, prezident faktiki olaraq ölkənin baş büdcə meneceri səviyyəsinə endirilmişdir.

Hüquqi arenada Konstitusiyanın 113-cü maddəsi prezidenti ölkənin ikinci ali şəxsi və Konstitusiyanın icrasına məsul şəxs kimi tanıtsa da, Keşikçilər Şurasının rəsmi təfsirləri bu səlahiyyəti yalnız nazirliklərin daxili strukturu ilə məhdudlaşdırmış, prezidentin parlament və məhkəməyə xəbərdarlıq etmək hüququnu əlindən almışdır. Eyni zamanda, şuranın tətbiq etdiyi "istisvabi nəzarət" mexanizmi seçki mərhələlərində səmərəli və islahatçı namizədlərin səlahiyyətlərini sistemli şəkildə rədd edərək prezidentin ətrafındakı elitanın silinməsinə rəvac verir. Bu hüquqi dalanlar iqtisadi sahədə daha dərin bir "qara qutu" ilə birləşir; Astani Qüdsi Rəzəvi (Məşhəd şəhərində İmam Rza kompleksi), İmam Xomeyni Fərmanlarının İcrası Qərargahı (SETAD), Müstəzaflar Fondu və Ovqaf Təşkilatı kimi rəhbərliyə bağlı nəhəng dini-iqtisadi kartellər Ümumi Daxili Məhsulun böyük hissəsinə və strateji sahələrə nəzarət edir. Bu holdinqlər şəriət hökmlərinə əsaslanaraq vergi toxunulmazlığına malikdirlər və Hesablama Palatası tərəfindən yoxlanılmadıqları üçün şəffaflıqdan uzaqdırlar. Bu isə hökumətin pul-kredit planlaşdırmasını iflic edir.

Hətta Konstitusiyanın 44-cü maddəsi çərçivəsində reallaşdırılmalı olan özəlləşdirmə planları dövlət aktivlərinin real özəl sektor əvəzinə bu dini-hərbi fondlara dövr edilməsi ilə "xosulətiləşdirmə" fenomeninə çevrilmişdir; nəticədə müəssisələrin mənfəəti xəzinədən çıxsa da, işçi tətilləri və borc böhranlarının hesabatlılığı yenə də prezidentin üzərinə yüklənir.

Digər tərəfdən, qanun layihələrinin maliyyələşdirilməsində hökumət təhsil və səhiyyə üçün ictimai təzyiq altında ikən, Elmiyyə Hövzələrinə (dini mədrəsələr – red.) həddindən artıq şişirdilmiş büdcələr ayırmağa məcbur edilir və bu dini qurumlar dövlət büdcəsi ilə öz kadrlarını hazırlayıb nazirliklərin tabeliyində olan müəssisələrə pedaqoq və ya hakim kimi təyin etdirərək bütöv idarəetməni ələ alırlar.

- Prezidentlərin modernləşmə və ya sosial islahat cəhdləri hər zaman Qum dini şəbəkəsinin və müctəhidlərin fətva sədlərinə dəyib iflasa uğramışdır;

- 2006-cı ildə qadınların stadiona girişi sərəncamının ləğvi,

- 2016-cı ildə dini şəhərlərdə konsertlərin qadağan edilməsi nəticəsində mədəniyyət nazirinin istefası, eləcə də FATF və UNESKO-nun 2030-cu il sənədi kimi beynəlxalq maliyyə və hüquq layihələrinin "kafirlərin hökmranlığı" arqumenti ilə arxivləşdirilməsi bunun ən bariz nümunələridir.

Bu şəbəkənin rəsmi media qolu olan Cümə Namazı Tribunaları isə sistemlə həmrəy olmayan hökumətlərin dövründə radikal qrupları hərəkətə gətirərək dağıdıcı müxalifət rolunu oynayır, lakin mühafizəkar hökumətlərin dövründə eyni iqtisadi böhranları "ilahi imtahan" kimi əsaslandırır.

Strukturun iflic prosesi Ali Mədəni İnqilab Şurası və Virtual Məkan Şurası kimi təyin olunmuş orqanların qanundan kənar qərarları ilə internet və universitetlər üzərindəki nəzarətin hökumətin əlindən alınması ilə daha da dərinləşir.

İdarəetmənin daxili qatlarında isə "Dərin Dövlət" (Deep State) kimi formalaşmış daimi bürokratlar və təhlükəsizlik şəbəkəsi, islahatçı prezidentlərin sərəncamlarını gizli təxribatlarla dondurur.

Bu təşkilati tənhalıq ölkədə real partiya sisteminin olmaması ilə birləşdikdə, prezident seçkidən sonra kabineti formalaşdırmaq üçün müxtəlif fraksiyalara güzəştlər verməyə və fərqli güc mərkəzlərinə bağlı idarəçilərlə işləməyə məcbur qalır.

Üstəlik, su, ekologiya və enerji böhranlarında yerli mafiyaların və deputatların regional maraqları təmin etmək üçün təzyiqləri hökuməti çarəsiz qoyur, lakin ekoloji fəsadların sosial etiraz yükü yenə də icraedici hakimiyyətin üzərinə düşür.

Strateji xarici siyasətin "Müqavimət Oxu" doktrinası ətrafında və hərbi komandanlığın nəzarətində aparılması prezident və xarici işlər nazirliyini sanksiyaların ləğv edilməsi prosesində səlahiyyətsiz qoyur; çünki hökumət iqtisadi canlanma və beynəlxalq standartlara inteqrasiya istəsə də, hərbi-dini struktur resursları şiəliyin transmilli dərinliyinə yönəldir.

Bu ziddiyyəti tamamlayan əsas rıçaqlardan biri də mütləq media monopoliyasına malik olan Səda-Sima təşkilatıdır. Rəhbəri birbaşa ali rəhbər tərəfindən təyin olunan bu media nəhəngi dövlətdən ən böyük büdcəni almasına rəğmən hökumətə hesabat vermir, müsbət nailiyyətləri senzura edir, tənqidçilərə geniş tribuna açır və rəqəmsal platformaların lisenziyasını SATRA (Sosial mediaya dövlət nəzarəti qurumu) vasitəsilə ələ keçirərək alternativ mədəniyyət siyasətini boğur.

Qanunvericilik orqanı olan parlament isə sinerji yaratmaq əvəzinə, deputatların subyektiv tələbləri ilə nazirləri impiçment təhdidi altında saxlayır və 2020-ci ildə qəbul edilən "Strateji Fəaliyyət Qanunu" kimi qərarlarla hökumətin diplomatik manevr imkanlarını tamamilə məhdudlaşdırır.

Nəhayət, makro-iqtisadiyyatda Mərkəzi Bankın müstəqilliyinin olmaması və suverenliyin xərclərini ödəmək üçün pul çap edilərək struktur inflyasiyasının yaradılması, habelə müflis olmuş pensiya fondlarının milyardlıq yükünün dövlət büdcəsinə yüklənməsi prezidenti maliyyə passivliyinə sürükləyir.

Təhlükəsizlik və məhkəmə sisteminin siyasiləşməsi isə özəl sektor sahibkarlarına qarşı subyektiv cinayət işlərinin açılması ilə ölkədən kapital çıxarılmasını sürətləndirir; məhkəmə hakimiyyəti böyük fondların və hərbi kartellərin korrupsiyasına göz yumsa da, cəmiyyət pulun dəyərdən düşməsinin və korrupsiyanın real fəsadlarını mövcud prezidentin fəaliyyətində görür.

Bütün bu mürəkkəb mənzərə sübut edir ki, İranda prezident milyonlarla səs qazanmasına baxmayaraq, ilahi legitimliyin xalqın səsindən üstün tutulduğu, gücün isə təyin olunmuş dini, hərbi və media şəbəkələrinin əlində cəmləşdiyi bu dualist sistemdə yalnız bir "tədarükçü" mövqeyindən irəli gedə bilmir.

Tarix
2026.08.12 / 16:24
Müəllif
Əlirza Zamani
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla